ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Ermənistan və Azərbaycan arasında sülh danışıqları barədə açıqlama verib.
Manset.az xəbər verir ki, bu barədə o, gündəlik brifinq zamanı danışıb.
Miller bildirib ki, İrəvan və Bakı sülhə nail olmaq üçün çətin kompromislərə getməlidirlər.
Diplomat əlavə edib ki, Vaşinqton tərəflərə kömək etməyə hazırdır.