Laçın yolunda hərəkət azadlığı bloklanmayıb.
Manset.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” kanalına müsahibəsində bildirib.
Dövlət başçısı qeyd edib ki, aprelin 23-dən - sərhəd keçid məntəqəsi qurulan vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəlib.