Tiktok bu ölkədə qadağan edildi: SƏBƏB

18:17 - 02 Avqust 2023

Tiktok bu ölkədə qadağan edildi: SƏBƏB

TikTok Qərbi Afrika ölkəsi Seneqalda TikTok sosial media platformasına giriş bağlanıb.

 

Manset.az məlumat verir ki, Qərbi Afrikanın Rabitə Nazirliyindən verilən yazılı açıqlamada TikTok-un növbəti xəbərdarlığa qədər bloklandığı açıqlayıb.

“TikTok ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxahların seçdiyi proqramdır”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqal ictimai asayişi pozacaq sosial mediada nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil interneti kəsiblər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az