Antarktidada qarpız yetişdirildi

18:51 - 03 Avqust 2023

Antarktidada qarpız yetişdirildi

Rusiyanın Antarktidada yerləşən "Vostok" elmi stansiyasında qarpız yetişdirilib.

 

Manset.az oxu.az-a istinadən bildirir ki, "Vostok" stansiyasında çalışan alimlər uzun illərdir ki, son dərəcə aşağı temperaturda tədqiqatlar aparırlar.

Mütəxəssislər buz təbəqələrini öyrənir, həmçinin meteorologiya, geofizika, biologiya və astronomiya sahəsində işlər aparırlar.

Qütb stansiyası dəniz səviyyəsindən 3 488 metr yüksəklikdə yerləşir, qışda burada havanın temperaturu mənfi 80 dərəcəyə qədər enir.
Hətta belə şəraitdə alimlər qarpız kimi istiliksevər bir bitki yetişdirməyə və bir neçə yetişmiş meyvə əldə etməyə nail olublar.

Qeyd edilir ki, Antarktidada yetişdirilən qarpızın diametri cəmi 13 santimetr, çəkisi isə bir kiloqrama yaxın olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az