Azərbaycanda AĞIR QƏZA: Maşın səkiyə çırpıldı, yaralılar var - FOTO

08:40 - 04 Avqust 2023

Azərbaycanda AĞIR QƏZA: Maşın səkiyə çırpıldı, yaralılar var - FOTO

Şəkidə minik avtomobili beton səkiyə çırpılıb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində baş verib.

1999-cu il təvəllüdlü Fərzalı Şaiq oğlu Həsənliyə məxsus “Azsamand” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq maşın yolun kənarındakı beton səkiyə çırpılıb.

Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin, 2001-ci il təvəllüdlü Rüfət Mübariz oğlu Abilov əraziyə çağrılmış Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib. R. Abilov və daha bir nəfər müxtəlif dərəcəli xəsarət alan şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az