ABŞ-ın Respublikaçı konqresmeni Pete Sessions Şimali Kipr Türk Respublikasına rəsmi səfər edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Sessions hava limanına birbaşa KKTC-yə gedən ilk amerikalı konqresmen oldu.
Pete Sessionsu KKTC Başçısı Ersin Tatar qəbul edib. Yığıncağın gündəmində KKTC-nin tanınması olub.
Ersin Tatar beynəlxalq ictimaiyyəti və ABŞ-ı Kıpr türk tərəfinin iki dövlət və suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan yeni siyasətini tanımağa” çağırıb.
Konqres üzvü Pete Sessionsın KKTC ərazisində olması Kipr Rum Administrasiyasını (KKİ) narahat edib.
Beləki səfərə kölgə salmağa çalışan Kipr Rum tərəfi səfəri beynəlxalq hüququn pozulması və ABŞ-ın rəsmi mövqeyindən kənara çıxması kimi qəbul edib.
Aygün
Manşet.az