"Azəriqaz" rəhbərliyi Xırdalanda vətəndaşları qəbul edəcək

19:15 - 04 Avqust 2023

\"Azəriqaz\" rəhbərliyi Xırdalanda vətəndaşları qəbul edəcək

SOCAR “Azəriqaz” İB rəhbərliyinin Xırdalan şəhərində vətəndaş qəbulu keçiriləcək.

 

Manset.az xəbər verir ki, 7 avqust saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Abşeron və Zəngilan sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Bakı Regional Qazın Satışı Departamentinə və Bakı Regional Qaz İstismarı Departamentinə (tel: 050 845 88 61; 050 845 85 31) müraciət edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az