Fransada dünya çempionatı təxirə salındı

23:02 - 05 Avqust 2023

Fransada dünya çempionatı təxirə salındı

Sena çayında suyun çox çirkli olması ilə əlaqədar Parisdə açıq suda üzgüçülük üzrə dünya çempionatının üzmə yarışları təxirə salınıb. 
 


Manset.az xəbər verir ki, bu barədə Fransa Üzgüçülük Federasiyası məlumat yayıb.

Federasiya məşqləri də ləğv etməyə məcbur olub. Şənbə və bazar günləri yarışların keçirilməsi üçün təhlükənin olması barədə xəbərdarlıq edib. 

Bildirilib ki, sudan götürülən yeni nümunələr analiz edildikdən sonra yarışlarla bağlı qərar veriləcək. 

Məşqlərin ləğv edilməsinə və yarışların təxirə salınmasına səbəb kimi paytaxt regionunda artıq bir neçə gündür davam edən güclü yağışlar göstərilir. 

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az