PSJ-nin hücumçusu Neymar "Barselona" ilə şəxsi müqaviləyə razılıq verib.
Manset.az xəbər verir k, bu barədə El Chiringuito məlumat yayıb. Bildirilib ki, braziliyalı futbolçu illik 13 milyon avro maaşla 2+1 illik müqavilə imzalamağa razılaşıb. Keçid üçün yalnız PSJ ilə razılaşmaq qalır.
Daha əvvəl PSJ-nin Neymarı Kataloniya təmsilçisinə satmağa hazır olduğu barədə məlumatlar yayılıb.
Qeyd edək ki, 31 yaşlı oyunçu 2022/2023 mövsümündə PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub və 17 qolun ötürməsini verib.