Humanitar tələbatlar siyasiləşdirilməməli - Albaniyalı diplomat

00:30 - 17 Avqust 2023

Humanitar tələbatlar siyasiləşdirilməməli - Albaniyalı diplomat

Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin həlli üçün sui-istifadə olunmamalıdır. 

 

Manset.az xəbər verir ki, bunu Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında deyib.

O qeyd edib ki, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək mümkündür: "Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”.

Diplomat bildirib ki, Albaniya mayın əvvəlində ABŞ-də baş tutan sülh danışıqlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az