“BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023- cü il tarixli növbədənkənar iclası birmənalı olaraq Azərbaycanın daha bir qələbəsi kimi qiymətləndirilməlidir. Keçirilən dinləmələrdə bir daha müəyyən olundu ki, Ermənistanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardan ibarət növbəti avantüradır. Rəsmi İrəvan növbəti dəfə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi və Laçın-Xankəndi yolunun beynəlxalq güclərdən istifadə edərək açılması üçün əlində olan bütün imkanları səfərbər etsə də, buna nail ola bilmədi. Ermənistan həm növbəti dəfə ciddi məğlubiyyətə uğradı, həm də beynəlxalq müstəvidə təsir imkanlarının tükəndiyini və dövlət olaraq iflas durumda olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.”
Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
Deputat bildirib ki, rəsmi İrəvan Təhlükəsizlik Şurasına müraciətinə hansısa bir zəmin yaratmaq üçün bir neçə ay ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq məqsədilə riyakar kampaniya aparıb: “İlk növbədə qeyd olunmalıdır ki, Ermənistanın riyakarlığını təsdiqləyən ən böyük sübut bu ölkənin 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymadığı halda, indi bu qurumdan yardım diləməsi faktının özüdür. Hərçənd bu, ermənilər üçün adi bir haldır. Lakin bu dəfə onlar öz niyyətlərinə nail ola bilmədilər. Qarabağda müvəqqəti mövcud olan separatçı rejimin və Ermənistanın gözləntilərinin əksinə olaraq, keçirilən müzakirələrdə iştirak edən dövlətlər nə xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, nə qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, nə Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, nə də ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etdilər. Azərbaycanın daha bir uğuru da bu oldu ki, Ermənistanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirilən iddiaların nəticə almaması, onun bu məsələləri bir daha hansısa beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalını sıfıra endirdi.”
K.Qafarov xüsusi olaraq vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Ermənistanın tezislərinin heç bir dövlət tərəfindən dəstəklənməməsi birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin bariz nəticələrindən biridir: “Əslində, TŞ-də keçirilən müzakirələrin nəticələri gözlənilən idi. Məsələ bundadır ki, Ölkə Prezidenti İlham Əliyevin məhz strateji düşüncəni ön planda tutaraq həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış xarici siyasət kursu Ermənistanın son ümidlərinin də puça çıxmasını öncədən şərtləndirmişdi. Bundan başqa, möhtərəm dövlət başçımız dəfələrlə bəyan edib ki, Azərbaycan hökuməti Qarabağda yaşayan bütün sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. TŞ-də müzakirələrdə çıxış edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları da məhz Azərbaycanın mövqeyini bir qədər də gücləndirdi və ərazi bütövlüyünün təmin edilməsinin beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi. BMT Təhlükəsizlik Şurası Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə və diaspordakı daşnaklara “müstəqil Artsax” adlı dövlət qurumunun olmayacağını qəti şəkildə bildirdi və bununla da rəsmi İrəvanın manipulyasiyalarına aldanmadığını nümayiş etdirdi” .
“Ermənistan BMT-də növbəti fiaskoya uğradı” - Kamaləddin Qafarov
14:37 - 19 Avqust 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
08 Aprel 2026 - 19:38
Zamirə Ədilova vəzifəsindən azad edildi
08 Aprel 2026 - 09:05
Cənubi Qafqazın dəyişməyən sabitlik oxu - Bakı ilə Tiflis saatlarını yenidən qurur
08 Aprel 2026 - 10:00
İranla ABŞ arasında 10 maddə - Bu şərtlər daxilində razılaşdılar
08 Aprel 2026 - 16:39
Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirdi - FOTOLAR
08 Aprel 2026 - 00:39
Pakistan İranla razılaşma üçün Trampdan VAXT İSTƏDİ
08 Aprel 2026 - 13:00
İlham Əliyevdən yeni FƏRMAN
08 Aprel 2026 - 12:22
Sevgilisini güllələdi sonra intihar etdi - Dəhşətli hadisə
08 Aprel 2026 - 14:00
Prezidentdən TƏBİB-lə bağlı SƏRƏNCAM
08 Aprel 2026 - 11:40
Evə PUA düşdü - Ölən və yaralananlar var
08 Aprel 2026 - 14:11
Qəza törədən 6-7 yaşlı uşaqlara hansı cəza verilə bilər? - AÇIQLAMA
08 Aprel 2026 - 10:57
Məşhur cütlük boşanır - Sosial mediada paylaşdılar / FOTO
08 Aprel 2026 - 15:03
Atəşkəs sonrası Hörmüz Boğazından bu ölkələrin gəmiləri keçdi
Xəbər xətti
- 09 Aprel 2026
- 00:30 Daha az maaşla klubunda qaldı
- 08 Aprel 2026
- 23:53 Gəncədə avtomobil yeniyetməni vurdu
- 23:42 "İranın ABŞ ilə razılaşma planının 3 bəndi artıq pozulub"
- 23:26 Türkiyə XİN İsrailin Livana hücumlarını pislədi
- 23:14 “Qalatasaray” “Göztəpə”ni məğlub etdi
- 22:56 Araz Əhmədov Ağakişibəylidə mərasim evinin tarix otağına baxış keçirdi - FOTO
- 22:49 "ABŞ İranla atəşkəs rejimini pozub" - KİV
- 22:33 59 yaşlı kişi ürək çatışmazlığından öldü
- 22:16 ABŞ-ni İranla danışıqlarda onlar təmsil edəcək
- 21:54 Türkiyədə güclü yağış - Maşınları sel apardı
- 21:41 Azərbaycan və Ukrayna XİN rəhbərləri müzakirə apardılar
- 21:22 Dağıstanda sel fəlakəti, ölənlər var - İnfrastruktur dağılıb
- 21:18 "İranla danışıqlar qapalı formatda keçiriləcək" - Tramp
- 21:03 Litvanın Baş naziri Azərbaycandadır - FOTOLAR
- 20:49 "Livanda atəşkəs olarsa, ABŞ ilə danışıqlarda iştirak edəcəyik"
- 20:31 Sabah Bakının bu yerlərində qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 20:12 Bayramov Əraqçi ilə telefonla danışdı
- 19:56 Livanda bugünkü hücumlarda 89 nəfər öldü
- 19:38 Zamirə Ədilova vəzifəsindən azad edildi
- 19:29 Ərdoğan və Tramp atəşkəs razılaşmasını müzakirə etdilər
- 19:12 "Hörmüz boğazında gəmilərin hərəkətini dayandırıldı" - KİV
- 19:01 Şahbaz Şərif də atəşkəsin pozulduğunu təsdiqlədi
- 18:57 Araz Əhmədov səyyar qəbul keçirdi - FOTOLAR
- 18:54 Ölkədə yaşı 100 və daha yuxarı olan şəxslərin SAYI
- 18:46 İran İsrailin atəşkəsi pozduğunu açıqladı
- 18:38 Xəzərdə 4-cü zəlzələ oldu
- 18:28 Slovakiya Ombudsmanının rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə - FOTO
- 18:12 Hazırda 22 yolda tıxac var - SİYAHI
- 18:03 Hollandiya Xarici işlər naziri Türkiyəyə səfər edəcək
- 17:59 ABŞ və İran arasında görüşlərin tarixi və məkanı bəlli oldu
- 17:55 Çempionlar Liqasında rekord qırdı
- 17:54 İsrail Livana ən böyük hücumlarından birini etdi
- 17:45 Almaniyadan ABŞ-yə sərt CAVAB - Gərginlik artır
- 17:42 "Hər hansı hücumda yüksək səviyyədə cavab veriləcək" - İran atəşkəsə güvənmir
- 17:40 Paytaxtda marketlərdən oğurluq edən şəxs saxlanıldı
- 17:35 İlham Əliyev Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi - FOTOLAR
- 17:35 Fatih Terim Lucesko ilə bağlı paylaşım etdi
- 17:29 "Qarabağ"da iclas keçirildi - Dəyişikliklər olacaq
- 17:15 Türkiyədə bir gündə ikinci ZƏLZƏLƏ
- 17:13 Depressiya: qadınlar kişilərdən daha çox əziyyət çəkir
- 16:59 Yağıntı intensivləşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ
- 16:58 Səbinə Əliyevanın dəvəti ilə Slovakiya Ombudsmanı Bakıya gəldi - FOTO
- 16:53 Trampdan atəşkəs sonrası ilk açıqlama
- 16:53 "Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir
- 16:50 AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
- 16:45 Zaur Mikayılov kollektorun tikinti-bərpa işlərinin gedişatı ilə tanış oldu – VİDEO/FOTO
- 16:39 Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirdi - FOTOLAR
- 16:20 “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib
- 16:05 İşdən çıxarılan müavinə yeni vəzifə verildi
- 15:51 İsrailli nazir türkiyəli məşhur aktyoru təhdid etdi
- 15:40 Rusiya Yaponiyaya nota verdi