Antiterror tədbirləri uğurla davam etdirilir. Tədbirlər zamanı Ermənistan SQ-nin 60-dan çox döyüş mövqeyi nəzarətimizə keçib.
Manset.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus 20-dək hərbi təyinatlı avtomobil, 40-dək artilleriya qurğusu, 30-dək minaatan, 2 ədəd zenit-raket qurğusu, 2 ədəd Martira radioelektron mübarize stansiyası və digər hərbi təyinatlı vasitələri zərərsizləşdirilib.