Fransada Dövlət Şurası məktəblərdə abaya (uzun paltar) qadağasının davam etdirilməsi ilə bağlı hökumətin qərarını təsdiqləyib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Danıştay 3 həmkarlar ittifaqının Təhsil Nazirliyinin məktəblərdə abaya qadağan edən qərarının icrasının dayandırılması tələbini dəyərləndirib.
Məhkəmə bu qadağanın qanunsuz olduğuna ciddi şübhə olmadığını əsas gətirərək, məktəblərdə abaya və kişi tunikasına (kamış) qoyulan qadağanın davam etdirilməsini təsdiqləyib.
Danıştay öz qərarında qız tələbələrin abaya adlı uzun paltarı, kişi tələbələrin isə kami adlı paltarı dini səbəblə geyindiyini və bu məqsədlə istifadə etdiyini müdafiə edib.
Məhkəmə qeyd edib ki, qanunvericilik məktəblərdə şagirdlərə dini mənsubiyyətini göstərən simvol və ya geyim geyinməyi qadağan edir.
Dövlət Şurası bu qərarın “müvəqqəti qərar” olduğunu və yekun qərarı daha sonra verəcəyini qeyd edib.
Təhsil naziri Qrabriel Attal avqustun 27-də məktəblərdə abaya qadağa qoyulacağını açıqlayıb və müsəlmanların hüquqlarını müdafiə edən ADM Dərnəyi qadağanı Dövlət Şurasına çatdırıb.
Jalə
Manşet.az