“Qəbələ” - “Qarabağ” oyununda insident yaşandı - VİDEO

21:27 - 25 Sentyabr 2023

“Qəbələ” - “Qarabağ” oyununda insident yaşandı - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda keçirilən “Qəbələ” - “Qarabağ” oyununda insident yaşanıb.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, görüşün ilk hissəsinin sonlarında Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina Bilal Auaşeriyaya zərbə vurduğu üçün oyunçular arasında dava düşüb.

Ardınca baş hakim meydana daxil olduğuna görə “Qəbələ”nin köməkçi məşqçisi Rasim Ramaldanova birbaşa qırmızı vərəqə göstərib. Daha sonra ədalət təmsilçisi Medinanı meydandan qovub.

Etirazçılar arasına qoşulan Qurban Qurbanov da vərəqə ilə cəzalandırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az