Xankəndidə ilk erməni sakinə tibbi xidmət göstərildi

18:41 - 02 Oktyabr 2023

Xankəndidə ilk erməni sakinə tibbi xidmət göstərildi

Bu gün Xankəndi şəhərindəki poliklinikada tibb personalı tərəfindən ilk erməni sakini Vladimir Maytarçana zəruri tibbi xidmət göstərilib.

 

Manset.az xəbər verir ki, Xankəndi şəhərində tibbi xidmətin təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Ambulator xidmət göstərən poliklinika artıq fəaliyyətə başlayıb, ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası xidməti fəaliyyətini icra edir.

Poliklinikada ilkin cərrahi, kardioloji və terapevtik xidmətlərin göstərilməsi mümkündür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az