Fuad Muradov həbs edildi

18:24 - 04 Oktyabr 2023

Fuad Muradov həbs edildi

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən Fuad Muradov həbs edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  F.Muradov hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilir.

O, Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində məhkəmə qərarı ilə 4 aylıq həbsqətimkan tədbiri seçilib.

İş üzrə ibtidai istintaq hərəkətləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az