Ruslar Barbie qadağasını belə pozdular

13:47 - 05 Oktyabr 2023

Ruslar Barbie qadağasını belə pozdular

“Barbie” filminin Rusiyada nümayişi qadağandır, lakin qeyri-rəsmi olaraq vəziyyət fərqlidir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qərbin sanksiyalarına baxmayaraq, Moskvada ticarət mərkəzlərinin birində çəhrayı ev, içərisində çəhrayı mebel, çəhrayı popkorn stendi, real ölçülü Barbie və Ken modelləri yaradılıb və izdiham “Barbie” filminə baxmağa gəlir.

Rusiyanın Ukraynaya təcavüzündən sonra bir çox Hollivud studiyaları Rusiyada öz filmlərinin nümayişini dayandırıb. Amma bu filmlərin qeyri-qanuni surətləri hazırlanaraq rus dilinə dublyaj edilib. Həmin filmlər kinoteatrlarda nümayiş etdirilir. Kinoteatrın qarşısındakı insanlardan hansı filmə baxmağa gəldiyini soruşduqda ehtiyat məqsədilə cavab adətən “Rus qısametrajlı filmi” olur.

Lisenziya problemi yaşamamaq üçün Rusiyanın bəzi kinoteatrları Rusiya istehsalı olan qısametrajlı filmlərə bilet satır və bu filmlərdən əvvəl Barbi filmini nümayiş etdirirlər.

Rusiya Mədəniyyət Nazirliyinin ötən ay “Barbie” filminin "Rusiya prezidentinin Rusiyanın əxlaqi və mənəvi dəyərlərini qorumaq və gücləndirmək üçün qarşıya qoyduğu məqsədlərə uyğun gəlmədiyi" barədə açıqlama vermişdi. Bundan əvvəl Küveyt və Livanda da “Barbie” qadağan edilib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az