Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı Brüsselə görüşə dəvət edib.
Manset.az xəbər verir ki, bu barədə Qranadada Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində jurnalistlərə diplomatik mənbə məlumat verib.
"Mişel baş prezident Əliyevi və nazir Paşinyanı oktyabrın son həftəsində Brüsseldə baş tutacaq görüşə dəvət edib", - mənbə bildirib.
Xatırladaq ki, Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında əvvəlki görüş iyulun 15-də Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə baş tutub.