Bu gün şəhid olan Əzizbəy həmin əsgər imiş... - VİDEO

13:15 - 06 Oktyabr 2023

Bu gün şəhid olan Əzizbəy həmin əsgər imiş... - VİDEO

Xəbər verdiyimiz kimi, sentyabrın 19-20-də Qarabağda keçirilən antiteror tədbirləri zamanı yaralanan DİN-in Çevik Polis Alayının polis nəfəri Əzizbəy Muradov bu gün şəhid olub.

 

Manset.az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin də iştirakçısı olan Ə.Muradov müharibə vaxtı azad edilən yaşayış məntəqələrindən birində piano ifa etməsi ilə məşhurlaşmışdı.

Qeyd edək ki, şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Ə.Muradov 44 günlük Vətən müharibəsindən sonra “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdi.

Həmin videonu təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az