Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış etdi

14:02 - 07 Oktyabr 2023

Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış etdi

Azərbaycanın İsraildəki səfirliyi müraciət yayıb.

 

Manset.az xəbər verir ki, müraciətin mətni ölkəmizin İsraildəki səfirliyinin “X” platformasındakı hesabında dərc edilib.

Müraciətdə deyilir ki, İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib:

“Bununla əlaqədar olaraq Azərbaycan vətəndaşlarına İsrail daxilində səyahət etməməyi, təhlükəsizlik qaydalarına riayət etməyi, diqqətli olmağı, yerli dövlət qurumları tərəfindən verilən tapşırıqlara uyğun hərəkət etməyi tövsiyə edirik”, - səfirlik qeyd edib.

Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin fövqəladə hallar üçün əlaqə vasitəsi: +972 50 356 95 82 qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az