Azərbaycan qardaş Səudiyyə Ərəbistanının bu təşəbbüsünü dəstəkləyir

10:56 - 08 Oktyabr 2023

Azərbaycan qardaş Səudiyyə Ərəbistanının bu təşəbbüsünü dəstəkləyir

Azərbaycan Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təşəbbüsünü dəstəkləyir.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “X” səhifəsindəki paylaşımında qeyd olunub.

Paylaşımda bildirilib: “İnanırıq ki, çempionat Səudiyyə Ərəbistanında dünya səviyyəli turnir olacaq. Çünki bu dost ölkə çoxsaylı turnirlərə ev sahibliyi edib və futbola köklü həvəsi var”.

Xatırladaq ki, oktyabrın 4-də Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün təklif verəcəyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az