İsraildəki vətəndaşlarımızla bağlı SON VƏZİYYƏT

12:15 - 08 Oktyabr 2023

İsraildəki vətəndaşlarımızla bağlı SON VƏZİYYƏT

İsraildə xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

 

Bu barədə Manset.az-a Azərbaycanın İsraildəki səfirliyindən məlumat verilib.

“İsraildə yaralanan və ölənlər arasında Azərbaycan vətəndaşları yoxdur”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, dünən səhər İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail ordusu müharibəyə hazırlıq vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az