“Biz ənənəmizi davam etdirir, tez-tez səfərlər edirik. Bir neçə ay əvvəl Qəbələdə idim. Oradakı qonaqpərvərliyə görə təşəkkür edirəm”.
Manset.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə təkbətək görüşdən sonra mətbuata bəyanatda bildirib.
İrakli Qaribaşvili deyib ki, keçən il də Azərbaycan Prezidenti Gürcüstana gəlib: “Mən də Azərbaycana gələcəm. Biz bu görüşdə hazırkı strateji əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Xalqlarımız arasında dostluq davam edir. Prezident İlham Əliyev dostluq və qardaşlığın möhkəmləndirilməsinə böyük töhfə verib”.