Pakistanın xarici işlər naziri Azərbaycana səfər edəcək

20:12 - 08 Oktyabr 2023

Pakistanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Azərbaycana rəsmi səfər edəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının oktyabrın 9-dan 10-dək Şuşa şəhərində keçiriləcək 27-ci iclasında iştirak edəcək.

Cilani həmçinin tədbir çərçivəsində üzv ölkələrin nazirləri və digər nüfuzlu şəxslərlə ikitərəfli görüşlər keçirəcək.

Qeyd edək ki, tədbirə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri də qatılacaq.

İƏT-ə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan və Tacikistan daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az