“Rusiya Ermənistanla Azərbaycan arasında razılıq əldə olunmasına kömək etməyə çalışacaq” - Mixail Qaluzin

11:20 - 09 Oktyabr 2023

“Rusiya Ermənistanla Azərbaycan arasında razılıq əldə olunmasına kömək etməyə çalışacaq” - Mixail Qaluzin

“Rusiya Ermənistanla Azərbaycan arasında balanslaşdırılmış razılaşmaların əldə olunmasına kömək etməyə çalışacaq”.

 

Manset.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş üçtərəfli bəyanatın icrası aktual olaraq qalır: “Söhbət nəqliyyat kommunikasiyalarının açılmasından, sərhədin delimitasiyası ilə onun sonrakı demarkasiyasından, sülh müqaviləsinin imzalanmasından gedir. Bütün bunların icrası vacibdir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az