Moskva AÇIQLADI: Bakıda sülhməramlıların taleyi həll olunur

18:48 - 10 Oktyabr 2023

Moskva AÇIQLADI: Bakıda sülhməramlıların taleyi həll olunur

Qarabağda sülhməramlı kontingentin fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq.

 

Manset.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə məlumat verib.

Onun sözlərinə görə, son bir ildə Qarabağda vəziyyət kəskin şəkildə dəyişib:

"2022-ci ilin oktyabrında Ermənistanın baş naziri Aİ-nin himayəsi ilə Praqada keçirilən sammitdə Qarabağ ərazisini Azərbaycan ərazisi kimi tanıyıb və bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə öz mövqeyini təsdiqləyib.

Beləliklə, 2020-ci ildə sülhməramlıların Qarabağa yerləşdirilmə şərtləri ciddi şəkildə dəyişdirildi. 19-20 sentyabr toqquşmalarından sonra əhalinin köçü fonunda sülhməramlıların fəaliyyəti indiki şəraitə uyğunlaşdırılacaq.

Bu barədə bir müddət əvvəl Rusiya Prezidenti də danışıb. Rusiya sülhməramlı qoşunlarının bir sıra daimi və müvəqqəti müşahidə məntəqələri artıq bağlanıb. Bakıda sülhməramlılarımızla bağlı fundamental məsələlər müzakirə olunur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az