Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edib - YENİLƏNDİ

23:23 - 10 Oktyabr 2023

Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edib - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, söhbətin əsas mövzusu Fələstin-İsrail münaqişəsi olub. Danışıqlar zamanı iki lider İsrail və Fələstin arasında narahatlıq doğuran münaqişənin gedişatını və gərginliyin yayılmasının qarşısını almaq üçün tədbirləri müzakirə ediblər.

Həmçinin, regionda humanitar ehtiyacların ödənilməsi üçün hansı təşəbbüslərin həyata keçiriləcəyi dəyərləndirilib. Prezident Ərdoğan bildirib ki, Türkiyə bölgədə əmin-amanlığın təmin edilməsi üçün hər cür səy göstərməyə davam edəcək.

Mənbə: Haber Global

***22:40

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.
 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər Fələstin-İsrail münaqişəsini müzakirə ediblər, o cümlədən gərginliyin yayılmasının qabaqlayıcı tədbirləri ətrafında fikir mübadiləsi aparıblar.

Türkiyə Prezidenti mülki obyektlərin vurulmasını narahatedici olduğunu və bu cür cəhdlərin Türkiyə tərəfindən müsbət qarşılanmadığını söyləyib.

Ərdoğan Türkiyənin bölgədə əmin-amanlığı təmin etməsi üçün hər cür təşəbbüsləri göstərməyə davam edəcəyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az