Oktyabrın 11-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Manset.az xəbər verir ki, bu barədə Qriqoryan özünün feysbuk səhifəsində yazıb.
Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.
Qriqoryan Ermənistanın yanaşmalarını təqdim edib.