Türkiyə hərbçilərinin Livanda qalma müddəti uzadıldı

00:00 - 12 Oktyabr 2023

Türkiyə hərbçilərinin Livanda qalma müddəti uzadıldı

Türkiyə hərbçilərinin BMT-nin Müvəqqəti Qüvvələrinin Livandakı missiyasında iştirak mandatı bir il müddətinə uzadılıb.

 

Manset.az xəbər verir ki, bu barədə qərarı Türkiyə Böyük Millət Məclisi təsdiqləyib.

Qərara əsasən, Türkiyə hərbçiləri 2024-cü il oktyabrın 31-dək Livanda qalacaqlar.

Mandat ilk dəfə 2006-cı ilin sentyabrında Türkiyə parlamenti tərəfindən təsdiqlənib. Ankaranın fikrincə, bu addım regional və qlobal miqyasda sülh və sabitliyin qorunması üçün zəruridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az