Ersin Tatarın şərəfinə ziyafət verildi

22:05 - 12 Oktyabr 2023

Ersin Tatarın şərəfinə ziyafət verildi

Bakıda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın şərəfinə ziyafət verilib.

 

Manset.az xəbər verir ki, mərasimdə türk və azərbaycanlı iş adamları, diplomatlar və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın, Türkiyənin və Şimali Kipr Türk Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Daha sonra Şimali Kipr Türk Respublikasına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanla Şimali Kipr arasında bütün sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün nümayiş etdirdiyi siyasi iradəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Prezident son illərdə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Respublikası arasındakı münasibətlərin daha da dərinləşməsindən məmnunluğunu ifadə edib.

Daha sonra Şimali Kipr Türk Respublikasının milli rəqsləri təqdim olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az