XİN Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi

16:00 - 13 Oktyabr 2023

XİN Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış etdi

"Mina qurbanlarının sayı 333 nəfərə çatıb".

 

Manset.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Füzulidəki mina partlayışı ilə "X" hesabında yaydığı paylaşımda qeyd olunub.

"Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər yaralanıb, qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina sahələrinin dəqiq xəritələrini verməyə çağırmalıdır", - paylaşımda vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az