Elxan Nəcəfov nazir müavini təyin edildi - SƏRƏNCAM

11:43 - 16 Oktyabr 2023

Elxan Nəcəfov nazir müavini təyin edildi - SƏRƏNCAM

Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Elxan Nəcəfov, həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, 1982-ci ldə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. Nazir müavini bu gün kollektivə təqdim edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az