ARB TV-nin efirində yayımlanan "Günə Son" verilişinin qonağı "Dəmir Yumruq" heykəlinin müəllifi Elxan Əliyev olub.
Manset.az xəbər verir ki, Elxan Əliyev heykəlin necə ərsəyə gəldiyindən danışıb.
O, "Mən istəyirdim ki, heykəl Qarabağda hər hansı bir dördyol ayrıcında qoyulsun. Ermənilər hələ Laçında ikən biz heykəli onların gözünün önündə avtomobil karvanı ilə aparmışıq" deyə vurğulayıb.
Həmçinin, onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsi ərəfərində Cənab Ali Baş Komandanın cıxışlarından və Azərbaycan xalqının birliyindən ilhamlanaraq layihəni reallaşdırıb.
Qeyd edək ki, “Günə Son” verilişi həftə içi 4 gün, 21:00-da yayımlanır.