Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri ilə görüşdü

16:16 - 01 Dekabr 2023

Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 30-cu iclası çərçivəsində Monteneqronun xarici işlər naziri Filip İvanoviç ilə görüşüb.

 

Manset.az xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Azərbaycan və Monteneqro arasında diplomatik münasibətlərin qurulmasından ötən 15 il ərzində iki ölkənin dostluq və əməkdaşlığa əsaslanan əlaqələr qurduğunu diqqətə çatdıran nazir Ceyhun Bayramov, bu istiqamətdə qarşılıqlı səfər və təmasların, siyasi məsləhətləşmələrin intensivləşməsinin əhəmiyyətli rol oynadığını qeyd edib.

İki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, investisiyalar, turizm, təhsil, humanitar və s. istiqamətlər üzrə əməkdaşlığın daha da inkişafı üçün potensialın mövcud olduğu, bu istiqamətdə münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi, habelə müqavilə-hüquq bazasının genişləndirilməsi üçün siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Nazir Filip İvanoviç, Monteneqronun Azərbaycan ilə münasibətlərin daha da inkişafı istiqamətində mövcud potensialdan istifadə olunmasında maraqlı olduğunu, bu istiqamətdə qarşılıqlı dialoqun davam etdirilməsinin zəruri olduğunu bildirib.

Görüş zamanı, həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az