Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblər istifadəyə veriləcək

10:42 - 15 Dekabr 2023

Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblər istifadəyə veriləcək

Növbəti tədris ilində Ağdam, Cəbrayıl və Kəlbəcərdə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayında çıxışında deyib.

Onun sözlərinə görə, azad olunan ərazilərə "Böyük Qayıdış" çərçivəsində Şuşa, Füzuli, Zəngilan, Laçın şəhər və rayonu, Tərtərin Talış və Suqovuşan ərazisində fəaliyyət göstərən məktəblərdə ümumilikdə 7 təhsil müəssisəsində 550 şagird və 84 müəllim heyəti var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az