Naxçıvan Ali Məclisinin növbəti iclasının vaxtı açıqlandı

13:36 - 16 Dekabr 2023

Naxçıvan Ali Məclisinin növbəti iclasının vaxtı açıqlandı

2023-cü il 18 dekabr tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclası keçiriləcək.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, iclasda “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsinin, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin (ikinci oxunuş) müzakirə olunması nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az