Musanın gözləri nə zaman ürək formasında olur? - FOTO

00:29 - 29 Dekabr 2023

Musanın gözləri nə zaman ürək formasında olur? - FOTO

Müğənnilər - Təranə Qumral və Musa Musayev eşqlərini bir-birilərinə yenidən etiraf ediblər.

 

Manset.az xəbər verir ki, cütlük “Gül kimi şou”ya qonaq olarkən sevgi hekayələrindən danışıblar.

T. Qumral kişilərin nazı ilə oynamağın vacibliyindən danışıb:

"Kişilər uşaq kimidir. Qadınlar gərək kişiləri yola versin. Yeməyinə, içməyinə diqqət yetirməlidirlər. Bizim heç vaxt ayrılığımız olmayıb. Dalaşsaq da, danışmışıq. Bizim ayrılığımız Sevgimi (qızı – red) hazırlığa aparanda olur. İndiki gənclər belə sevə bilmir".

Onun sözlərinə Musayev bunları əlavə edib:

"Bütün gənclərə arzu edirəm ki, ürəkdən sevsinlər. İndikilər hər şeyi maddiyatda görürlər. Mən həmişə canıma baxanda gözlərim ürək formasında olur". (Showmedia")


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az