Türkiyə adambaşına gündəlik orta hesabla 17,1 siqaret istehlakı ilə dünyada birinci yerdədir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, siqaret çəkənlərin sayının 15 milyondan çox olduğu Türkiyə Avropa ölkələri arasında Bolqarıstandan sonra 2-ci yerdə qərarlaşıb.
Bildirilib ki, Türkiyə adambaşına düşən orta gündəlik siqaret sayına görə dünyada birinci yerdədir. Mütəxəssislər, siqareti tərgitmək istəyənlərin istifadə etdiyi elektron siqaretlərin ən az siqaret qədər zərərli olduğunu, bəzi qruplar tərəfindən siqaretlə müqayisədə günahsız kimi təqdim edilən elektron siqaretlərin “ağır tənəffüs çatışmazlığına və ağciyərlərə ziyan vurduğunu” qeyd edib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əhalinin sağlamlığına zərəri minimuma endirmək üçün elektron siqaretlərin istifadəsinə nəzarət üçün təcili tədbirlər görməyə çağırıb.
Əfsanə
Manşet.az