Narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxs saxlandı

17:00 - 13 Fevral 2024

Narkotik maddənin təsiri altında avtomobil idarə edən şəxs saxlandı

Sürücülük hüququ olmadan narkotik maddənin təsiri altında avtomobil idarə edən Neftçala rayon sakini Araz Abdullayev Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. 

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı şəxsin eyni əmələ görə bir müddət əvvəl də inzibati məsuliyyətə cəlb olunması faktı müəyyən edilib.

Özü ilə yanaşı digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan A.Abdullayev məhkəmənin qərarı ilə həbs edilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az