Muğlanın Bodrum səmti sahillərində "Qırmızı Goblin" yəni, "Qırmızı Cin" adlı ildırım görülüb.
Manset.az xəbər verir ki, görüntünün bir həvəskar tərəfindən fotosu çəkilib.
Bildirilir ki, “qırmızı goblin” fırtına buludlarında baş verən elektrik boşalmaları nəticəsində əmələ gəlir.
Bu boşalmalar buludlardakı müsbət və mənfi yüklü hissəciklər bir araya gəldikdə baş verir. Elektrik boşalmaları neytral azot molekullarından keçən elektrik cərəyanı nəticəsində "Qırmızı Cin"i əmələ gətirir.
Jalə
Manşet.az