Bakının Xətai rayonunda 43 yaşlı kişini avtomobil vurub.
Manset.az Report-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Zaur Ədalət oğlu Quliyev yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.