Qazax və İmişli sakinləri evlərində ölü tapıldılar

09:51 - 31 May 2024

Qazax və İmişli sakinləri evlərində ölü tapıldılar

Qazax və İmişli sakinləri evlərində ölü aşkarlanıblar.

 

Manset.az APA xəbər verir ki, Qazaxın Orta Salahlı kənd sakini, 1997-ci il təvəllüdlü Əhliman Omarov yaşadığı evin çardağında asılmış vəziyyətdə aşkar edilib.

Bundan başqa İmişli rayonu Qızılkənd sakini, 1975-ci il təvəllüdlü Akif Gülmalıyev yaşadığı evin tövləsindən asılı vəziyyətdə tapılıb.

Hər iki şəxsin intihar etdiyi ehtimal edilir.

Faktlarla bağlı rayon prokurorluqlarında araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az