Azərbaycanda məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

11:40 - 31 May 2024

Azərbaycanda məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Mayın 13-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Ağdaş rayonu Orta Ləki kənd M.Nəbiyev adına tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb və yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar məşğələlərin təşkili və tədrisi, şagird davamiyyəti, dərslərin əvəzolunması, texniki heyət işçilərinin işə davamiyyəti, məktəbdaxili qiymətləndirmənin düzgün aparılmaması ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

 

İdarədən Manset.az-a verilən xəbərə görə, yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Abdullayev Ələm Abdulla oğlu 31 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az