Şəhid övladı yüksək balla Avropanın ən qədim universitetinə qəbul oldu

09:41 - 28 İyun 2024

Şəhid övladı yüksək balla Avropanın ən qədim universitetinə qəbul oldu

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun oğlu Əlibəy Abdurahmanov Çexiyanın ən nüfuzlu Universitetlərindən biri olan "Charles" Universitetinə qəbul olub!


Manset.az xəbər verir ki, Yasamal rayonunda yerləşən 53 nömrəli məktəbin 2024 cü il məzunu olan Əlibəy Abdurahmanov beynəlxalq SAT imtahanında yüksək nəticə əldə edərək (1450 bal) Avropanın bir neçə universitetlərindən qəbul alsa da, seçimi Çexiyanın ən böyük, Avropanın isə ən qədim Universitetlərindən biri olan "Charles" Universiteti olub.

Şəhidimizin ruhunu hörmət və ehtiramla yad edərək təhsilini "Riyaziyyat və Fizika" fakültəsində davam etdirəcək Əlibəyi qazandığı bu möhtəşəm uğur münasibətilə ürəkdən təbrik edir, ona gələcək həyatında uğurlar diləyirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az