Dərman vasitələri ilə bağlı əsasnamə təsdiqləndi - QƏRAR

16:46 - 20 İyul 2024

Dərman vasitələri ilə bağlı əsasnamə təsdiqləndi - QƏRAR

Azərbaycanda dərman vasitələrinin təqib və izləmə sisteminin əsasnaməsi təsdiqlənib.

 

Manset.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Səhiyyə Nazirliyi dərman vasitələrinin təqib və izləmə sisteminin iştirakçılarının həmin sistemə çıxışını təmin edəcək.

Sistemdə toplanılmış fərdi məlumatların işlənilməsinin məqsədi dərman vasitələrinin təqib və izlənilməsi sahəsində effektiv tədbirlərin görülməsidir.

Sistemin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclər dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Sistemdən istifadə ödənişsizdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az