Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

15:50 - 10 Avqust 2024

Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Avqustun 11-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

 

Xidmətdən Manset.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Bərdə, Tərtər, Mingəçevir, Naftalan, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Salyan, Cəlilabad, Yardımlı, Lerik, Naxçıvan, Şahbuz, Ordubad, Culfa, Neftçalada fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az