Vətəndaşları şantaj edən sayt rəhbərləri həbs edildilər - FOTO

13:27 - 22 Avqust 2024

Vətəndaşları şantaj edən sayt rəhbərləri həbs edildilər - FOTO

“Turantv.az” rəhbəri Ramin Sadıqlı, “bölgeinfo” saytının təsisçi baş redaktoru Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

 

Manset.az xəbər verir ki, "Turantv.az" rəhbəri Ramin Sadıqlı, "bölgeinfo" saytının təsisçi baş redaktoru Vüqar Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər.

Onlar 10-dan artıq vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rusvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilirlər. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

 

Fotoda Ramin Sadıqlı

Fotoda Vüqar Quliyev


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az