Xankəndi, Xocalı və Xocavənddən tapılan silah-sursatın sayı açıqlandı

21:00 - 31 Avqust 2024

Xankəndi, Xocalı və Xocavənddən tapılan silah-sursatın sayı açıqlandı

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində avqustun 25-dən 30-dək Xankəndi şəhəri ərazisindən tapılan silah-sursatın sayı açıqlanıb.

 

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Xankəndi şəhərinin ərazisindən 20 avtomat silahı, 3 tapança, 7 tüfəng, 22 qumbara, 16 alışdırıcı, 7 mərmi, 6 süngü-bıçaq, 78 patron darağı, 4707 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 3 avtomat, 1 pulemyot, 5 patron darağı, 1 qumbara və 655 ədəd patron, Xocavənd rayonu ərazisindən isə 2 avtomat silahı, 1 pulemyot, 1 tüfəng, 1 qumbaraatan, 572 müxtəlif çaplı patron və digər sursatlar aşkar edilərək götürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az