Mobil telefonlardan istifadə edənlərə XƏBƏRDARLIQ

09:46 - 12 Sentyabr 2024

Mobil telefonlardan istifadə edənlərə XƏBƏRDARLIQ

Radiosiqnalların ötürülməsi kəsilə, elektronik əşyalarda nasazlıqlar, mobil telefonlarda isə ləngimələr yarana bilər. Çünki qarşıdakı iki gün ərzində geomaqnit qasırğası olacaq.

 

Manset.az Xezerxeber.az-a istinadən bildirir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.

Qeyd olunub ki, Günəşdə davamlı olaraq baş verən M sinif, yəni radiodalğaları əngəlləyən, yayılmasına mane olan alışmalar hesabına Günəş aktivliyi yüksək səviyyəyə qalxıb.

Ekspertin sözlərinə görə, maqnit dalğası elektronik əşyalarda nasazlıq və kəsintilərə də səbəb ola bilər.

Bu günlərdə meteohəssas insanların açıq havada çox olmamaları tövsiyə edilir.

Qeyd olunub ki, sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi mülayim, səviyədə olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az