Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatdı

20:00 - 13 Oktyabr 2024

Bakı-Laçın reysinin ilk sərnişinləri Laçına çatdı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil edilən Bakı-Laçın müntəzəm avtobus reysinin ilk sərnişinləri oktyabrın 13-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola salınıb və onlar artıq Laçına çatıb.

 

Manset.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.

Agentlik bildirir ki, siz də Laçına səfər etmək istəyirsinizsə biletlərinizi biletim.az portalı üzərindən onlayn şəkildə əldə edə bilərsiniz.

İşğaldan azad olunmuş ərazilərə giriş zamanı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması vacibdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az